Misli Premyer Liqasının VIII turu çərçivəsində keçirilən "Neftçi" - "Araz-Naxçıvan" oyunundan sonra baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransında səsləndirdiyi fikirlər: "Maraqlı oyun alındı. Yaxşı, mübarizəli görüş oldu. Yaxşı komandaya qarşı oynayacağımızı bilirdik, komandamızı da bu çətin, ağır səfər matçına kökləmişdik. Futbolçularım meydanda yaxşı iş gördülər. Qələbə də qazana bilərdik, meydanı xalsız da tərk edə bilərdik.
Müdafiənin mərkəzində oynaya biləcək futbolçularımız var, onlar universaldırlar. Ona görə mərkəz müdafiəçisi mövqeyi ilə bağlı çətinlik yaşamayacağımızı düşünürəm".